Azərbaycanda qardaş qardaşı öldürdü Mülk davası

25.11.2024

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

Ağdaşda qətl törədilib.

Sitat.info Lent.az-a istinadla xəbər verir ki, rayon sakini, 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb.

Hadisəni törədən Q.Musayev polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb mülk mübahisəsi olub.

Məlumata görə, onlar ailədə 7 nəfər olub, bacı-qardaşdan heç biri ailə qurmayıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью