Azərbaycanda qaz kondensatının hasilatı azalıb

25.04.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 243,76 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 9,2% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 1 241,55 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 9,2% artım deməkdir.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 5 292,34 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 1,7% çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью