Azərbaycanda qaz kondensatının hasilatı azalıb

25.04.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 243,76 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 9,2% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 1 241,55 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 9,2% azalma deməkdir.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 5 292,34 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 1,7% çoxdur.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью