Azərbaycanda qəbiristanlığı olmayan yeganə şəhər Video

13.01.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daşkəsən Azərbaycanda qəbiristanlığın olmadığı yeganə şəhər tipli yaşayış məntəqəsidir.

Axar.az xəbər verir ki, burada yaşayan sakinlər vəfat edən yaxınlarını müxtəlif ərazilərdəki qəbiristanlıqlarda dəfn etməli olurlar.

“Kimsə öləndə hərə öz kəndindəki qəbiristanlıqda, yaxud qohumlarının yaşadığı başqa yerlərdə dəfn edilir. Yaxınlarımızı buradan kilometrlərlə uzağa aparmalı oluruq”, – deyə sakinlər bildiriblər.

Qeyd edək ki, rayonun mərkəzində yalnız Şəhidlər xiyabanı var ki, burada Birinci və İkinci Qarabağ müharibələrində Vətən uğrunda canından keçmiş 38 şəhidimiz dəfn olunub.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью