Azərbaycanda qəribə hadisə Atasının cinsi qadın kimi qeyd olundu

21.07.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağcabədi sakini ötən il vəfat edən atasının adına olan həyətyanı sahəni və avtomobili öz adına keçirmək istəyərkən qəribə hadisə ilə üzləşib.

Modern.az-ın məlumatına görə, qeydiyyat şöbəsində ona bildirib ki, doğum haqqında akt qeydində atasının adı, soyadı və cinsi səhv yazılıb.

Digər sənədlərdə (doğum haqqında şəhadətnamə, nikah şəhadətnaməsi və sair) vətəndaşın məlumatları doğru olsa da, doğum haqqında akt qeydində atasının soyadı "***ova", cinsi "qadın" qeyd edilib. Buna görə vətəndaş həyətyanı sahəni və avtomobili öz adına keçirə bilməyib.

Problemlə üzləşən vətəndaş Şirvan inzibati məhkəməsinə üz tutub. 

Məhkəmə vətəndaşın şikayətini haqlı hesab edib və doğum haqqında qeyddə atasının məlumatlarının düzəldilməsinə qərar verib.

Elnur Əmirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью