Icma.az bildirir, Gununsesi portalına istinadən.
2026-cı ilin ilk 9 ayında Azərbaycanda qeydə alınan cinayətlərin 90,5 faizinin açılması təmin olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə oktyabrın 29-da Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə ümumilikdə 22 804 cinayət qeydə alınıb.
Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınan cinayətlərin isə 93,7 faizi açılıb.
Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeydə alınan cinayətlərin ümumi sayı 5,7 faiz azalıb.