Azərbaycanda qeydiyyata alınan işsizlərin sayı açıqlanıb

27.02.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar ayının 1-nə Azərbaycanda qeydiyyata alınan işsiz şəxslərin sayı 217 min 200 nəfər olub, onların 47,6%-ni qadınlar təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Qeyd olunub ki, keçən ilin əvvəlinə nəzərən qeydiyyata alınan işsiz şəxslərin sayında 0,2% azalma qeydə alınıb. Ötən ilin dekabr ayında sorğu nəticələrinə əsasən ötən ilin müvafiq dövrünə nəzərən müəssisələr üzrə işçi sayının 7,5%, yüklənmə dərəcəsinin 1,6 faiz bəndi yüksəlməsi iqtisadi aktivliyin artdığını göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью