Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

29.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 2024-cü ilin III rübünün sonunadək yəni 37 il ərzində, 10 min 108 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, belə ki, Respublika Səhiyyə Nazirliyinin daim nəzarəti sayəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən aparılan məqsədli fəaliyyət ölkədə İİV-infeksiyasının yayılmasını illər ərzində təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək, yəni 37 il ərzində, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 10 min 108 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 7026-sı (69,5%) kişi, 3082-si (30,5%) qadınlardır. Əlavə olaraq bildirilir ki, ölkəmizdə tətbiq olunan İİV-ə yoluxmuş şəxslərin aşkarlanması strategiyası UNAİDS tərəfindən müsbət təcrübə kimi qiymətləndirilir.

Qeyd edə ki, digər region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyası ilə xəstələnmə göstəricisi olduqca aşağıdır.

MƏLUMAT YENİLƏNİR

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью