Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

29.11.2024

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək Azərbaycanda 10 min 108 İİV (İnsanın immunçatışmazlığı virusu) xəstəsi rəsmi qeydiyyata alınıb.


Missiya.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib. 

Onun sözlərinə görə, onlardan 7 min 26-sı (69,5%) kişi, 3 min 82-si (30,5%) qadınlardır. 

"Azərbaycanda digər region ölkələri ilə müqayisədə İİV infeksiyası ilə xəstələnmə göstəricisi olduqca aşağıdır", - mərkəzin direktoru qeyd edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью