Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

29.11.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək Azərbaycanda 10 min 108 İİV (insanın immunçatışmazlığı virusu) xəstəsi rəsmi qeydiyyata alınıb.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, onlardan 7 min 26-sı (69,5%) kişi, 3 min 82-si (30,5%) qadındır.

"Azərbaycanda digər region ölkələri ilə müqayisədə İİV infeksiyası ilə xəstələnmə göstəricisi olduqca aşağıdır", - mərkəzin direktoru qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью