Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

01.12.2024

Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək Azərbaycanda 10 min 108 İİV (İnsanın immunçatışmazlığı virusu) xəstəsi rəsmi qeydiyyata alınıb.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, onlardan 7 min 26-sı (69,5%) kişi, 3 min 82-si (30,5%) qadınlardır.

"Azərbaycanda digər region ölkələri ilə müqayisədə İİV infeksiyası ilə xəstələnmə göstəricisi olduqca aşağıdır", - mərkəzin direktoru qeyd edib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью