Azərbaycanda qeyri neft qaz sektorunun ÜDM dəki payı artıb

24.05.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 305,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə qeyri neft-qaz sektoru üzrə ÜDM istehsalı 26 milyard 449.5 milyon manata bərabər olub. Hesabat dövründə ÜDM-in strukturunda qeyri neft-qaz sektorunun payı 67.3% təşkil edib ki, bu da illik müqayisədə 3.1 faiz bəndi artım deməkdir.

Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında ÜDM-in strukturunda qeyri neft-qaz sektorunun payı 64.2%-ə bərabər olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью