Azərbaycanda qida zəhərlənmələrində KƏSKİN AZALMA

10.09.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar qida təhlükəsizliyinin təmin edilməsi və yerli məhsulların ixrac imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edən sanitariya, baytarlıq və fitosanitar normaların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə bir sıra texniki normativ hüquqi aktlar hazırlanıb təsdiq edilib”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Bildirilib ki, 2019-2025-ci illər üzrə Dövlət Proqramının icrası dövründə müvafiq sahədə aparılmış yoxlamalar, monitorinqlər, zəhərlənmələrlə bağlı araşdırmalar, sertifikatlaşdırma, idxalixrac əməliyyatlarının təhlili, laborator müayinələrin nəticələrinin təhlili əsasında ölkədə mövcud olan əsas qida təhlükəsizliyi problemləri müəyyən edilib:
“Həmin problemlər üzrə hazırlanmış risk profilləri əsasında elmi risk qiymətləndirilməsi aparılmış, risklərin idarə edilməsinə dair tədbirlər planları hazırlanaraq icra edilib.
AQTA tərəfindən hər bir qida zəhərlənməsi halının ayrılıqda araşdırılması aparılmış, müvafiq ekspertizalar nəticəsində zəhərlənməyə səbəb olan amillər müəyyən edilmiş və normativ hüquqi aktlara uyğun olaraq digər tədbirlər həyata keçirilmişdir.
Aparılmış nəzarət tədbirləri nəticəsində təsdiqini tapmış zəhərlənmə hallarının sayı 2019-cu ilə nisbətən 2025-ci ildə 75 faiz azalıb”.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью