Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
2026-cı ilin yanvar-may aylarında istehlak qiymətləri indeksinin (inflyasiya göstəricisi) artım tempi (2025-ci ilin müvafiq dövrünə nisbətən) 5,6 faiz təşkil edib.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə istinadən xəbər verir.
Yanvar-aprel aylarında da inflyasiya 5,6 faiz idi. Bu, istehlak qiymətlərində illik artım tempinin sabit qaldığını göstərir.