Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb Son rəqəmlər

31.01.2025

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, qızılın 1 qramının qiyməti 153,3 manata bərabər olub.
Yeniavaz.com
xəbər verir ki, 1 qram qızılın qiyməti son bir gün ərzində 1,3% və ya 2 manat bahalaşıb.
Son bir ay ərzində isə qızlın qiyməti 6,1% və ya 8,8 manat artıb.
Məlumat üçün bildirək ki, qızılın qiyməti Azərbaycanda heç vaxt bu səviyyəyə yüksəlməyib.
Son 15 il ərzində isə qızılın qiyməti 5 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 15 il əvvəl – 2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью