Azərbaycanda qızıl istehsalı 63% dən çox artıb

17.06.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda 1297.8 kq qızıl, 1686.9 kq isə gümüş istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 63.9%, gümüş istehsalı isə 23.8% artıb.

Qeyd edək ki, 2025-ci il iyun ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 119.4 kq və 583.6 kq təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью