Azərbaycanda qızıl neçəyədir? SON QİYMƏTLƏR

27.06.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. 

"Cebheinfo.az" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,2% artaraq 4 096,3 ABŞ dollarına bərabər olub.

Bu gün Azərbaycanda da qızılın qiymətində dəyişiklik müşahidə edilib.

Belə ki, qızılın 1 unsiyası - 6794.7385 manat təşkil edib. Eyni zamanda 999 əyarlıq  1 qram qızılın qiyməti 218.46 manat, 750 əyarlıq qızıl - 164.01 manat, 585 əyarlıq qızıl - 127.92 manat, 582 əyarlıq qızılın 1 qramı isə 127.27 manat olub. 

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью