Azərbaycanda qızıl satışı dayandı | Icma.az
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verildiyi kimi, "Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti yeni rekord səviyyəyə çataraq troya unsiyası üçün 4 800 dolları keçib.
Bakı vaxtı ilə saat 5:06-ya olan məlumata görə, qiymətli metalın qiyməti əvvəlki bağlanışdan 0,76 % artaraq bir troya unsiyası üçün 4 802 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 5:11-ə qədər qiymət bir troya unsiyası üçün 4805,4 dollara yüksəlib (artım 0,83 %).
Bakı vaxtı ilə saat 05:25-ə qədər qiymət artımı yavaşlayıb və qiymət bir troya unsiyası üçün 4823,7 dollara (+1,21 %) çatıb.
Qiymətdəki rekord artım Azərbaycanda qızıl bazarına ciddi təsir göstərib.
“Cebheinfo.az”-a danışan bazar iştirakçıları bildiriblər ki, hazırda 583-585 əyarlı qızılın bir qramının lom şəklində alışı 148 manat, 750 əyar qızılın lom alışı isə 189 manat təşkil edir.
Satış qiymətləri isə müvafiq olaraq bir qram üçün 180-190 və 230-260 manat arasında dəyişir.
Tam oxu
Xəbəri oxu