Azərbaycanda qızılca ilə bağlı son DURUM AÇIQLANDI

01.07.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qeydə alınan hallar operativ araşdırılır, zəruri əks-epidemik tədbirlər görülür:

“Əhalinin, xüsusilə uşaqların Milli Profilaktik Peyvənd Təqviminə uyğun vaxtında peyvənd olunması qızılcadan etibarlı qorunmanın əsas vasitəsidir. Hazırda vəziyyət sabit olaraq qiymətləndirilir və ictimai sağlamlıq üçün əlavə risk yaradan hər hansı hal müşahidə olunmur”.

Qeyd edək ki, bir sıra Asiya ölkələrində, o cümlədən Banqladeşdə uşaqlar arasından yayılan qızılca epidemiyasından yüzlərlə uşaq ölüb. Ümumilikdə 100 minə yaxın uşaq virusa yoluxub.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью