Azərbaycanda qızılca və suçiçəyi ilə bağlı son vəziyyət necədir?

19.02.2025

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkədə qızılca xəstəliyinə qarşı müalicə-profilaktika müəssisələri tərəfindən peyvənd işləri davam etdirilir.

Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-in sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, bunun da nəticəsində son aylarda respublika ərazisində qızılca xəstəliyi tək-tək hallarda qeydə alınır.

"Həmçinin, ölkədə keçən ilin müvafiq dövrü ilə müqayisədə su çiçəyi xəstəliyinin sayında azalma müşahidə olunur", - deyə məlumatda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью