Azərbaycanda qripə yoluxma halları artıb: Əksəriyyəti uşaqlardır

22.01.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

TƏBİB tabeli xəstəxanalara qrip səbəbilə müraciət edənlər çoxdur, amma bu günə qədər qrip səbəbilə ağırlaşmış xəstə halı qeydə alınmayıb. 

Milli.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk robotik cərrahi əməliyyatın icrasına dair brifinqdə çıxışı zamanı bildirib.

Vüqar Qurbanov edib ki, müalicələr əsasən stasionar şəraitdə aparılır və xəstələrin böyük əksəriyyəti uşaqlardır. Böyüklər arasında müraciətlərin sayı isə olduqca azdır.

"Stasionar müalicəyə cəlb olunan uşaqlar arasında ölüm və ya ciddi ağırlaşma halları müşahidə edilməyib".

Qrip virusunun yeni ştammlarının yaranması ilə bağlı sualı cavablandıran V.Qurbanov qeyd edib ki, bu istiqamətdə məlumatlar Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən mütəmadi olaraq ictimaiyyətə açıqlanır.

Mina Mikayılova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью