Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xırdalan şəhərində 33 yaşlı Miryunis Miriyev həyat yoldaşını bıçaqlayıb.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksində baş verib.
1991-ci il təvəllüdlü Miryunis Miriyev gecə saat 2 radələrində bıçaqla həyat yoldaşı Xalidəyə hücum edib.
Döş qəfəsindən ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Araşdırmalar zamanı məlum olub ki, Miryunis bir neçə il əvvəl ruhi-əsəb xəstəliyindən əziyyət çəkib və müalicə olunub.
Lakin onda bəzi problemlər qalıb. Hadisə baş verən gün də M. Miriyevin qulağına səslər gəlib və arvadını bıçaqlamaq fikrinə düşüb.
Bıçaqlanan qadın hadisə barədə ifadəsində bunları deyib: "2021-ci ildə ailə qurmuşuq, oğlumuz dünyaya gəlib.