Azərbaycanda radio stansiyaların sayı 19a çata bilər

11.12.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda radio stansiyaların sayı 19-a çata bilər.

Globalinfo.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov “Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı” adlı tədbirdə bildirib.

“Son 4-5 ildə radio stansiyaların sayı 2 dəfə artıb. Artıq 2 ədəd radio tezliyi tenderdədir. Əgər tenderi uğurlu keçsələr, Azərbaycanda stansiyaların sayı 19-a çatacaq. Təxminən 5 il əvvəl bu göstərici 10-11 idi. Biz faktiki olaraq radio stansiyaların sayını 2 dəfə artırdıq”, – o vurğulayıb.

İ. Səttarovun sözlərinə görə, hazırda radio stansiyaları ümumölkə xarakteri daşıyırır: “Əvvəllər bu sahədə bölgələrdə böyük problemlər olurdu. İnsanlar bizə cəmi 1-2 stansiyaya çıxışlarının olduğu ilə bağlı müraciət edirdilər. Amma hazırda ölkədə 15 radio stansiya fəaliyyət göstərir. Hazırda vətəndaşların bununla bağlı geniş seçim imkanları var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью