Azərbaycanda radioyayım öncül mövqeyə çıxıb | Icma.az
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
15 milyon manatlıq dövlət yardımı yüksək keyfiyyətə təminat yaradıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Audiovizual Şuranın təşkilatçılığı ilə “Azərbaycanda radioyayımın dünəni, bugünü və sabahı” mövzusunda seminar keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Audiovizual Şura, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi, Dövlət Radiotezliklər İdarəsi, eləcə də ümumölkə radio yayımçılarının nümayəndələrinin iştirak etdiyi toplantıda ötən illərdə radioyayım sahəsində görülmüş işlərə, teleradio yayımçılarına göstərilən dövlət dəstəyi nəticəsində əldə olunmuş nailiyyətlərə nəzər salınıb və sahənin gələcək inkişafı ilə bağlı hədəflər müzakirə edilib.
Çıxışlarda müstəqillik dövrünün ilk vaxtlarından hazırkı dövrədək ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkədə radioyayımın sürətlə inkişaf etdiyi vurğulanıb.
Bakı Teleqüllə Kompleksinin yarımçıq qalmış tikintisinin Ulu öndərin birbaşa tapşırığı ilə başa çatdırılması və 1996-cı ildə, bilavasitə onun iştirakı ilə istismara verilməsi qürurla xatırlanıb.
Bunun yaratdığı texniki imkanlarla ölkədə televiziya və radioyayımın keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, həmin dövrün qabaqcıl texnologiyası hesab edilən FM radio yayımlarına başlanılması bildirilib.
Qeyd edilib ki, FM radioyayımın ölkədə geniş tətbiqi, kanalların texniki imkanlarının inkişafı, yayım infrastrukturunun genişləndirilməsi sonrakı dövrdə AM radio yayımların dayandırılmasına imkan verib.
Bu texnologiya radioyayım üçün illik enerji istehlakının 14 dəfə, illik karbon emissiyasının 18,7 kilotondan 1,3 kilotona qədər azaldılması ilə ekoloji mühitə öz töhfəsini verib.
Tam oxu
Xəbəri oxu