Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır

03.01.2026

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır.

Məlumata görə, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir.

Qeyd edək ki, Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq.

Xatırladaq ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür/Report.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью