Azərbaycanda referendum keçiriləcək? RƏSMƏN açıqlandı

04.06.2026

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Referendumun keçiriləcəyi, parlament üzvlərinin sayının artırılması ilə bağlı gedən müzakirələr barəsində nə eşitmişəm, nə də məlumatım var”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ilin sonuna kimi referendumun keçiriləcəyi, deputat sayının artırılacağı ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Naxçıvanın status məsələsinə yenidən baxılacağı ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil: "Naxçıvan Muxtar Respublikasının status məsələsi artıq həll olunub.
Naxçıvanın yeni Konstitusiyası qəbul edilib. Cənab Prezidentimizin orada səlahiyyətli nümayəndəsi təyin edilib. Bütün bu məsələlər Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir”.\pravda.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью