Azərbaycanda rəqibi vuran futbolçulara cəza İdman və Biz

05.11.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin ən qalmaqallı oyununda baş verənlər araşdırılıb.

İdman.biz xəbər verir ki, AFFA-nın İntizam Komitəsi “Şəfa” – “Difai” matçında yaşananların günahkarlarını cəzalandırıb.

Rəqibi vurduğu üçün qırmızı vərəqə alan futbolçuların cəzası eyni olub. “Şəfa”dan Elvin Nəsibov və Elməddin Hüseynzadə hərəyə 4 oyun cəzalanıb. Bakı klubu hər futbolçusu üçün 300 manat cərimə edilib. “Difai”nin rəqibi təhqir etdiyi üçün qırmızı vərəqə alan futbolçusu Bəşir Ayralov 3 matçlıq diskvalifikasiya edilib. Klub 200 manat xərcə düşüb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью