Azərbaycanda “Roblox” platformasının fəaliyyəti məhdudlaşdırıla bilər

19.03.2026

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda "Roblox" platformasının fəaliyyəti məhdudlaşdırıla bilər.

"Report" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə "Roblox" qlobal platforması arasında martın 18-də keçirilən onlayn görüşdə qeyd olunub olunub.

Dövlət Komitəsi "Roblox"un uşaqlar üçün potensial öyrənmə və əyləncə mühiti olmaqdan çıxaraq ciddi sosial problemlərin mənbəyinə çevrilə biləcəyini vurğulayıb.

Oyunlarda uşaqların təhlükəsizliyi baxımından hüquqa və ailə dəyərlərinə zidd məzmunların mövcudluğu ilə bağlı narahatlıq ifadə olunub. Xüsusilə 16 yaşadək uşaqların təhlükəsizliyinin təmin olunması üçün müdafiə mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu məsələlərin aradan qaldırılmadığı təqdirdə platformanın fəaliyyətinin Azərbaycanda məhdudlaşdırılacağı diqqətə çatdırılıb.

"Roblox" nümayəndələri də səsləndirilən iradları qəbul etdiklərini və yaxın zamanda risklərin aradan qaldırılması istiqamətində əməli tədbirlərin görüləcəyini, ilkin nəticələrin artıq aprel ayından müşahidə ediləcəyini bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью