Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
“Robotik cərrahiyyə dünyada 20-25 ildir başlayıb. Lakin Azərbaycanda bu günə qədər həmin robot gətirilməmişdi”.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatın icra olunmasına dair brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda robotik əməliyyatın icrasına indi başlanılır:
“Bundan sonra qarın boşluqları əməliyyatları icra oluna bilər. Lakin yenə də son qərarı həkim verir”, - deyə o, bildirib.
Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media