Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hazırda ölkədə xarici dildə olan məktəblərin sırasında rusdilli məktəblərin sayı daha çoxdur.
Hətta bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Rusiya Universitetinin yaradılmasının planlaşdırıldığını açıqlamışdı.
Bu gün ölkədə 300-ə qədər məktəbin Azərbaycan və rus dili bölməsində tədris aparılır, 17 məktəbdə isə ancaq rus bölməsi var.
Həmin rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşir. Ölkəmizdə fəaliyyət göstərən digər dildə olan məktəblər isə əsasən ödənişlidir.
Məlumata görə, hazırda ümumilikdə orta məktəblərin 7,6 %-də təhsil rus dilindədir.
Ümumilikdə təhsil alan uşaqların 6,3 %-i rus dilində oxuyur.
Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32 %-i deməkdir.