Azərbaycanda saatlıq əməkhaqqı sistemi genişləndiriləcək

11.11.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın tənzimlənməsini zəruri edir”

Gununesi.info  verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Nazir müavini bildirib ki, saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək:

“Başlıca məqsəd müasir məşğulluq imkanlarını genişləndirməklə yanaşı, vətəndaşların əmək və sosial təminat hüquqlarının daha etibarlı qorunmasını təmin etməkdir”.

Gununesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью