Modern.az saytına istinadən Icma.az xəbər verir. Regional məsələlər komitəsinin son iclasında Əmək Məcəlləsinə təklif olunan bir sıra mühüm
Uşağın doğulması ilə əlaqədar atalara 14 günlük ödənişli məzuniyyətin verilməsi, distant işin hüquqi rəsmiləşdirilməsi və tələbələrin istehs
Bununla yanaşı, bir müddətdir gündəmdə olan saatlıq minimum əməkhaqqına keçid məsələsi isə layihəyə daxil edilməyib.
Qeyd edək ki, Azərbaycanda minimum əməkdaqqı aylıq nəzərdə tutulub və hazırda bu məbləğ 400 manatdır.
Bir müddət əvvəl rəsmi qurumlar saatlıq minimum əməkdaqqı ilə bağlı təkliflər hazırlandığını bildirsə də, hazırda Əmək Məcəlləsinə edilən dəyişiklikdə bu məsələ nəzərdə tutulmayıb və saatlıq minimum əməkhaqqı barədə planlar təxirə salınıb.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, saatlıq minumum əməkhaqqının tətbiqi hazırda hökumətdə müzakirə olunan məsələlərdən biridir.
Onun sözlərinə görə, lakin bunun üçün mexanizmin hazırlanmasına və detallı qaydaların dəqiqləşdirilməsinə ehtiyac var.
“Saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur.