Azərbaycanda sabiq deputat məhkəməyə verildi SƏBƏB

28.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Milli Məclisin II çağırış deputatı Sudeyf İmamverdiyev məhkəməyə verilib.

Modern.az-ın məlumata görə, sabiq deputat barədə Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məhkəməyə müraciət edilib.

İş Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatına verilib.

Qeyd edək ki, Sudeyf İmamverdiyev Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimidir. O, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiridir.

Milli Məclisin II çağırışının deputatı məşhur "91"-lər sırasında Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью