Azərbaycanda sabiq qərargah rəisi həbs edildi YENİLƏNİB | Icma.az
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda N saylı hərbi hissənin sabiq qərargah rəisi barəsində məhkəmə qərarı elan olunub.
"Unikal" xəbər verir ki, polkovnik-leytenant Ramil İbrahimov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
*** 16:44 Azərbaycanda N saylı hərbi hissənin sabiq qərargah rəisi saxlanılıb.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, polkovnik-leytenant Ramil İbrahimov rüşvət almaqda ittiham edilir.
Hazırda Respublika Hərbi Prokurorluğunda ilkin istintaq işləri aparılır. Qeyd edək ki, eks-qərargah rəisi bir müddət əvvəl təqaüdə çıxıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu