Azərbaycanda sadəcə bu rayonda özəl məktəb VAR

30.11.2024

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 34 özəl məktəb fəaliyyət göstərir.

Modern.az bu barədə Dövlət Statistika Komitəsinin "Təhsilin əsas göstəriciləri" bülletenindən məlumat əldə edib.

Özəl məktəblərdə 23484 şagird təhsil alır. Özəl məktəblərin böyük hissəsi, 28-i Bakı şəhərində, 4-ü Abşeron və Sumqayıtda, 1-i Gəncə şəhərində fəaliyyət göstərir.

Regionlardan isə sadəcə Biləsuvarda özəl məktəb var. Sözügedən təhsil müəssisəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksidir. Məlumata görə, burada 548 şagird təhsil alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью