Azərbaycanda şagird dərs zamanı öldü

05.02.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün səhər saatlarında Mingəçevir şəhər İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Yusif Yaşar oğlu Yusifovun halı pisləşib. Dərhal təhsil müəssisəsinə təcili tibbi yardım briqadası çağırılıb lakin təcili yardım gələnədək şagird vəfat edib.

Axar.az "Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir ki, məktəblinin hansı səbəbdən vəfat etməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib.

İlkin ehtimala əsasən, şagird əvvəl ürək əməliyyatı olunub və bu səbəbdən dünyasını dəyişib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью