Azərbaycanda şair xərçəngdən vəfat etdi

20.05.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şair Şükür Mürsəloğlu 62 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, Ş.Mürsəloğlu bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkirmiş.

Mərhum Sumqayıt şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Şükür Mürsəl oğlu Şükürov 1963-cü il 31 dekabr tarixində Laçın şəhərində doğulub. Laçın şəhərində orta təhsil alıb. D.Bünyadzadə adına Xalq təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib. Gənclik illərindən poeziyaya maraq duyan şairin vaxtı ilə "Laçın" qəzetində, "Göyərçin", "Pioner", "Ulduz" jurnallarında şeirləri çap olunub. "Qar kölgəsi" adlı şeirlər kitabının müəllifidir.

Bir oğlu, bir qızı var.

Allah rəhmət eləsin!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью