Azərbaycanda sakinlər təşviş içində evlərə nəhəng zərərvericilər daraşdı VİDEO

07.10.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Evdə böcək əlindən tərpənmək mümkün deyil... Qapı, pəncərə, dəhliz, eyvan, mətbəx, bir sözlə, hər yeri qəhvəyi mərmər bağacığı adlanan böcək basıb...

Balakən rayonunun Sarıbulaq kəndinin sakinləri üzləşdikləri problemlə bağlı "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər.

Kənd sakinlərinin əllərindən həşəratı süpürüb təmizləməkdən başqa heç nə gəlmir. Bölgədə ən çox becərilən fındıq və bir çox başqa bitkilərin yarpağı ilə qidalanan bu zərərvericilər havalar soyumağa başlayanda qışlamaq üçün isti yer axtarırlar, elə ona görə də evlərdə, həyətlərdə yayılırlar.

Zərərverici daha çox Alazan vadisinə yaxın çöl və kəndlərdə müşahidə olunur. Sarıbulaq kəndinin qonşuluğunda, rayonun ən böyük yaşayış məskəni olan Qabaqçöl qəsəbəsində də vəziyyət eynidir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью