Azərbaycanda Samsung Internet brauzerinin payı azalıb

03.02.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz, planşet) "Chrome" brauzerinin bazar payı 85,96 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, dekabr ayına nisbətən 1,17 faiz bəndi, 2025-ci ilin göstəricisi ilə müqayisədə isə 7,63 faiz bəndi çoxdur.

İkinci pillədəki "Safari"nin bazar payı aylıq 1,09 faiz bəndi, illik isə 5,11 faiz bəndi azalaraq 5,85 % olub.

Növbəti yerdə qərarlaşan "Samsung Internet"in bazar payı aylıq 0,02 faiz bəndi artaraq, illik isə 1,78 faiz bəndi azalaraq 2,16 % təşkil edib. Beləliklə onun bazar payı illik ifadədə 45 % azalıb.

Dördüncü yerdəki "Opera"nın bazar payı ay ərzində 0,06 faiz bəndi, illik müqayisədə isə 0,53 faiz bəndi azalaraq 1,82 % təşkil edib.

İlk beşliyi qapadan "Firefox"un bazar payı aylıq 0,52 faiz bəndi, illik isə 0,54 faiz bəndi artaraq 1,33 % olub.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"Chrome" – 92,63 % (aylıq 1,29 faiz bəndi və illik 11,65 faiz bəndi çox);

"Firefox" – 1,84 % (aylıq 0,69 faiz bəndi çox və illik 0,45 faiz bəndi az);

"Opera" – 1,69 % (aylıq 0,02 faiz bəndi çox və illik 3,37 faiz bəndi az).

"Edge" – 1,66 % (aylıq 1,15 faiz bəndi və illik 4,45 faiz bəndi az);

"Safari" – 0,77 % (aylıq 0,93 faiz bəndi və illik 2,03 faiz bəndi az);

Mobil cihazlarda:

"Chrome" – 74,96 % (aylıq 0,88 faiz bəndi çox və illik 2,2 faiz bəndi az);

"Safari" – 14,26 % (aylıq 1,27 faiz bəndi az və illik 0,41 faiz bəndi çox);

"Samsung Internet" – 5,76 % (aylıq 0,08 faiz bəndi və illik 0,37 faiz bəndi çox);

"Opera" – 2,04 % (aylıq 0,19 faiz bəndi az və illik 0,56 faiz bəndi çox);

"Yandex Browser" – 1,66 % (aylıq 0,24 faiz bəndi və illik 0,06 faiz bəndi az);

Planşetlərdə:

"Chrome" – 75,9 % (aylıq 0,07 faiz bəndi və illik 13,27 faiz bəndi az);

"Safari" – 11,66 % (aylıq 0,45 faiz bəndi az və illik 5,22 faiz bəndi çox);

"Android" – 7,48 % (aylıq 1,00 faiz bəndi az və illik 3,89 faiz bəndi çox);

"Yandex Browser" – 3,04 % (aylıq 2,15 faiz bəndi və 2,64 faiz bəndi çox);

"Opera" – 1,66 % (aylıq 0,65 faiz bəndi və illik 1,28 faiz bəndi çox);

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью