Azərbaycanda Samsung istifadəçilərinin sayı azalıb

07.04.2025

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın smartfon bazarında 2025-ci ilin mart ayında Cənubi Koreyanın markası “Samsung”un bazar payı cüzi azalaraq 28,69% təşkil edib.

Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir ki, fevral ayında “Samsung”un bazar payı 29,01%, ötən ilin mart ayında isə 28,24% olub.

Məlumata görə, son bir ildə "Samsung"dan ən çox istifadə ötən ilin iyun ayında (37,5%) qeydə alınıb. Son aylarda markanın bazar payının azalmasına baxmayaraq hazırda Azərbaycanda "Samsung"un bazar payı digər smartfon markaları ilə müqayisədə daha çoxdur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью