Azərbaycanda satılan ən BAHALI avtomobillər: Qiymət 1 milyonu keçdi

15.07.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycanda avtomobil alqı-satqısı üzrə onlayn platforma olan “Turbo.az”-da satışda çox bahalı avtomobillər var. 

“Cebheinfo.az” xəbər verir ki, platformada satışa çıxarılan ən bahalı avtomobilin qiyməti 1 milyon 139 min manatdır. Siyahıya “Rolls-Royce Ghost” modeli liderlik edir. Avtomobilin qiyməti 670 000 ABŞ dolları olaraq qeyd olunub ki, bu da təxminən 1 139 000 AZN təşkil edir. 

İkinci yerdə “Bentley Continental GTC” modeli qərarlaşıb. Onun satış qiyməti 440 000 avro təşkil edir, bu isə təxminən 876 084 AZN-ə bərabərdir. 

Üçüncü sırada isə “Bentley Continental GT” yer alıb. Avtomobilin qiyməti 410 000 avro və ya təxminən 816 351 AZN-dir. Modelin buraxılış ili isə 2025-dir. Daha sonra siyahıda aşağıdakı avtomobillər yer alır: “Rolls-Royce Spectre” – 475 000 ABŞ dolları (təxminən 807 500 AZN), “Ferrari” (2024-cü il) – 399 999 avro (təxminən 796 438 AZN), “Lamborghini Urus” – 395 555 avro (təxminən 789 211 AZN), “Bentley Flying Spur” – 395 000 avro (təxminən 788 104 AZN), “Maserati GT2 Stradale” – 350 000 avro (təxminən 696 885 AZN), “Bentley Bentayga” – 345 000 avro (təxminən 688 344 AZN), “Mercedes G 63 AMG” – 390 000 ABŞ dolları (təxminən 663 000 AZN). 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью