Azərbaycanda satılan kolbasanın içərisindən metal çıxdı VİDEO

07.04.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda satılan kolbasanın içərisindən metal çıxıb.

Ölkə.Az xəbər verir ki, bu barədə  tanınmış aparıcı Nübar Əbil paylaşım edib.

“Bu “Halal zəhmət” markası məsuliyəti öz üzərinə götürəcəkmi? Kiloqramı 21.90 AZN olan kolbasanın içərisində dəmir parçası niyə var? Zəhmət olmasa, cavab verin. Əgər hər hansı bir məhsul istehsal edə bilmirsinizsə, “halal” sözünü də götürün, bazardan üzüqoylu gedin”, - deyə aparıcı söyləyib. 

N.Əbil həmçinin rastlaşdığı vəziyyətlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də çağırış edib.

Qurumdan məsələnin nəzarətə götürüləcəyi bildirilib.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью