Azərbaycanda sənədsiz evlərin ümumi dəyəri açıqlanıb

26.01.2026

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Azərbaycanda 500 mindən çox sənədsiz ev var ki, onların da ümumi dəyəri 50 milyard manatı keçir.

Sitat.info xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) direktoru Vüsal Qasımlı "InsurTech" ("sığorta texnologiyaları") adlı dərs vəsaitinin təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, həmin evlərin sənədləşdirilməsi sığorta sektoru üçün ciddi iqtisadi potensial yarada bilər: "Bu əmlakların hüquqi statusunun müəyyən edilməsi həm vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına, həm də sığortanın əhatə dairəsinin genişlənməsinə imkan verəcək. Belə böyük həcmdə daşınmaz əmlakın sığortalanması sektor üçün əhəmiyyətli maliyyə dövriyyəsi formalaşdıra bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью