Azərbaycanda sensasiya: Rektorun elmi adı ləğv edildi

30.12.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovla bağlı qərar verilib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Əminağa Sadıqov professorluq statusundan məhrum edilib.

Qərarın hansı səbəbdən verildiyi barədə hələlik rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, Ə.Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью