Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin sentyabr ayında Azərbaycan mobil internetin sürətinə görə 100 ölkə arasında 98,92 MB/S sürətlə 47-ci yerdə qərarlaşıb. Azərbaycanın mövqeyi avqust ayı ilə müqayisədə dəyişməyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 150 ölkə arasında 81-ci yerdə qərarlaşıb. Burada isə Azərbaycan mövqeyində 3 pillə geriləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 92,94 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!