Azərbaycanda şərabçılığın İNKİŞAFI 2030 cu ilədək hansı tədbirlər görüləcək?

25.05.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda kiçik butik tipli şərab istehsalçılarının sayının 20-yə çatdırılması nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda əks olunub.
 

Belə ki, ilkin olaraq, kiçik şərab istehsalı müəssisələrinin yaradılması və modernləşdirilməsinin təşviqinə dair təkliflər hazırlanması, sonrakı mərhələdə isə şərab istehsalının dəstəklənməsi mexanizminin formalaşması və tətbiq edilməsi hədəflənir.


Yekun nəticədə isə kiçik butik tipli şərab istehsalçılarının sayının 20-yə çatdırılması nəzərdə tutulur.
Şərab istehsalının təşviqi istiqamətində müvafiq tədbirlərin icrası Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinə tapşırılıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью