Azərbaycanda sərbəst ticarət rejimi tətbiq olunacaq?

16.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ölkə başçısının müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan həm bütün qonşu ölkələrlə, həm də çoxsaylı ümumi sərhədimiz olmayan dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri qurub. Həmin dövlətlərlə iqtisadi əməkdaşlığımızın möhkəm əsasını neft-qaz və neft məhsulları təşkil edir. Bu məhsulların ixracı bir qayda olaraq sərbəst ticarət rejimini tələb etmir”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, gələcək iqtisadi inkişafımız qeyri-neft qaz məhsullarının ixrac imkanları ilə sıx əlaqədardır:
"Bu isə öz növbəsində sərbəst və ya güzəştli ticarət rejimlərinin olmasından birbaşa asılıdır. Yaxın illərdə biz prioritet bazarlarımızı müəyyən etməliyik və həmin ölkələrdə bu növ ikitərəfli və ya çoxtərəfli hüquqi rejimi təmin etməliyik".
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью