Azərbaycanda serebral iflic qadın ana oldu Foto

22.01.2025

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Serebral iflic olan 1-ci qrup əlil qadın ana olub.

Bu barədə Ölkə.Az-a də Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, 15 yanvar saat 22:13-də Mərkəzin Doğum-Ginekologiya şöbəsində qeysəriyyə əməliyyatı ilə çəkisi 2300 qram, boyu 45 sm olan körpə (qadın cinsli) dünyaya gəlib.
Körpənin anası serebral iflicin diplegiya formasından əziyyət çəkən və 1-ci qrup əlil olan bir qadındır.

Doğuşun 36-cı həftəsində həyata keçirilən əməliyyat KTM-in cərrah mama-ginekoloqu Şirinnaz Seyidsoyun peşəkarlığı sayəsində uğurla başa çatıb.

Zəruri müayinələrdən sonra ana və körpə yaxşı vəziyyətdə evə buraxılıb.

Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью