Azərbaycanda sərnişindaşıma 9 %dən çox artıb

23.11.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 % 9,2 % çox olub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 193,8 milyon ton yük daşıyıb.

Yüklərin 3,7 %-i dəniz, 8 %-i dəmir yolu, 0,2 %-i hava, 59,3 %-i avtomobil nəqliyyatı, 28,8 %-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,8 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,9 % təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 1 695 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,2 %-i avtomobil, 11,1 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью