Azərbaycanda sığorta yığımlarının 93%i 5 şirkətin payına düşüb

24.12.2024

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Bu ilin ilk 11 ayı ərzində ölkədə fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən 1 milyard 222 milyon manat sığorta haqqı yığılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yığılan sığorta haqqı 10,3% və ya 114 milyon manat artıb.
Qeyd edək ki, yığılan sığorta haqlarının 68,2%-i və ya 833,4 milyon manatı “Paşa Sığorta” şirkətinin payına düşüb.
Ümumilikdə isə sığorta yığımlarının 92,6%-i aşağıdakı 5 şirkətin payına düşüb:
“Paşa Sığorta” – 833,4 milyon manat (68,2%);
“Atəşgah Sığorta” – 139,2 milyon manat (11,4%);
“Qala Sığorta” – 96,4 milyon manat (7,9%);
“Meqa Sığorta” – 32,4 milyon manat  (2,6%);
“Xalq Sığorta” – 31,2 milyon manat (2,5%).
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью